Dəməşqdə kafedə partlayış: 6 nəfər ölüb, 22 yaralı var - VİDEO

Dəməşqdə kafedə partlayış: 6 nəfər ölüb, 22 yaralı var - VİDEO

Hazırda oxunan: Dəməşqdə kafedə partlayış: 6 nəfər ölüb, 22 yaralı var - VİDEO

622959

Dəməşqin mərkəzindəki Hicaz rayonunda yerləşən kafedə baş verən partlayış nəticəsində altı nəfər həlak olub, daha 22 nəfər isə yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyinə istinadən SANA agentliyi məlumat yayıb.
 

Partlayış iyulun 2-də Ədliyyə Sarayının yaxınlığındakı kafenin daxilində baş verib. Suriya Daxili İşlər Nazirliyinin məlumatına görə, kafedə partlayıcı qurğu işə düşüb, hadisənin səbəbləri araşdırılır.


Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb, xəsarət alanlar Dəməşq, Qırmızı Yarımay, İbn ən-Nafis, ər-Rəşid və Əl-Muvəsat xəstəxanalarına çatdırılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO