Türkiyənin istirahət zonalarında iki böyük yanğın– Video

Türkiyənin istirahət zonalarında iki böyük yanğın– Video

Hazırda oxunan: Türkiyənin istirahət zonalarında iki böyük yanğın– Video

622806

Türkiyənin iki məşhur istirahət məkanında eyni vaxtda baş verən yanğınlar təşvişə səbəb olub.

Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğınlar İstanbulun Böyükada adasında yerləşən "Viranbağı Plajı" çimərlik kompleksində və Alanyanın Güllərpınarı rayonundakı"Elysee Rive Hotel"də qeydə alınıb.

Məlumata görə, ötən axşam Böyükadadakı çimərlik kompleksinin ərazisində başlayan yanğın güclü küləyin təsiri ilə qısa müddətdə ətrafdakı meşə sahəsinə yayılıb.

Alovun söndürülməsinə fövqəladə hallar xidmətinin həm yerüstü qüvvələri, həm də yanğınsöndürmə aviasiyası cəlb olunub. Təhlükəli ərazidə olan şəxslər təxliyə edilib, dörd nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
 

Digər hadisə isə Alanyada yerləşən "Elysee Rive Hotel"də baş verib. Təhlükəsizlik məqsədilə oteldə qalan yüzlərlə turist təxliyə olunub. Yanğın qısa müddətdə lokallaşdırılıb və alovun ətrafa yayılmasının qarşısı alınıb.


İlkin məlumata əsasən, Alanyadakı yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb. Hər iki hadisənin başvermə səbəbi hələ müəyyənləşdirilməyib, faktlarla bağlı araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO