Bakı-Qazax yolundakı dəhşətli qəzanın Anbaan VİDEOSU

Bakı-Qazax yolundakı dəhşətli qəzanın Anbaan VİDEOSU

Hazırda oxunan: Bakı-Qazax yolundakı dəhşətli qəzanın Anbaan VİDEOSU

621681

İyunun 25-də saat 07 radələrində Bakı-Qazax avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində əcnəbi vətəndaşın idarə etdiyi MAN markalı yük avtomobili qarşıda gedən - Mehman İbrahimovun idarə etdiyi VAZ markalı avtomobillə toqquşub. Zərbənin təsirindən M.İbrahimov idarəetməni itirərək yolun hərəkət hissəsindən çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, həmin avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində isə Vahid Allahverdiyevin idarə etdiyi "KamAZ" markalı qoşqulu yük avtomobili yoldan çıxaraq su kanalına aşıb:

"Xoşbəxtlikdən insan itkisinin qeydə alınmadığı sözügedən yol-nəqliyyat hadisələrinin baş vermə səbəbləri içərisində sürücülərin diqqətinin yoldan yayınması ehtimalı yüksəkdir.

Belə ki, bu xüsusda aparılan təhlillərə görə eyni istiqamətdə, eyni zolaqda hərəkət edən nəqliyyat vasitələrinin toqquşması və ya avtomobilin heç bir əsaslı səbəb olmadan yolun hərəkət hissəsindən kənara çıxması sürücülərin yorğun, yuxusuz, yaxud idarəetmə zamanı diqqəti yayındıran hərəkətlərə aludə olması faktı ilə birbaşa bağlıdır.
 

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları avtomobil idarə edərəkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına biganə yanaşmamağa çağırır.


Dəyərli sürücülərimiz, hər birimiz qəzanın bir anda baş verdiyinin fərqindəyik. Lakin unutmayaq ki, həmin zaman kəsiyinin boşluğuna yuvarlanmamaq üçün sükan arxasında ayıq-sayıq olmaq mühüm şərtdir!"


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO