Venesuelada zəlzələ zamanı iki itini xilas edən şəxs gündəm oldu – VİDEO

Venesuelada zəlzələ zamanı iki itini xilas edən şəxs gündəm oldu – VİDEO

Hazırda oxunan: Venesuelada zəlzələ zamanı iki itini xilas edən şəxs gündəm oldu – VİDEO

621470

Venesuelada baş verən dağıdıcı zəlzələ fəlakətinin ardınca daxil olan xəbərlər arasında insanı duyğulandıran anlar qeydə alınıb. Dağıntılar altından canını çətinliklə qurtaran bir şəxs öz canı bahasına evindəki ən dəyərli varlıqlarını xilas edib.

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər və məlumatlar beynəlxalq mediada və sosial şəbəkələrdə sürətlə yayılıb.
 

Məlumata görə, güclü yeraltı təkanlar nəticəsində qismən uçan və hər an tamamilə uçma təhlükəsi olan binaya daxil olan fədakar ev sahibi içəridə çarəsiz vəziyyətdə qalan iki ev itini taparaq xilas edə bilib. O, heyvanları qucağına alaraq təhlükəsiz zonaya çıxarmağı bacarıb.


Sosial şəbəkə istifadəçiləri çətin və qorxulu anda maddi əşyaları yox, məhz dördayaqlı dostlarını düşünən bu şəxsin hərəkətini böyük rəğbətlə qarşılayıb və onu "günün qəhrəmanı" adlandırıblar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO