Rusiya Qara dənizdə Türkiyə gəmisinə hücum etdi: Ölənlər var – VİDEO

Rusiya Qara dənizdə Türkiyə gəmisinə hücum etdi: Ölənlər var – VİDEO

Hazırda oxunan: Rusiya Qara dənizdə Türkiyə gəmisinə hücum etdi: Ölənlər var – VİDEO

620734

Rusiya Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Qara dənizdə Panama bayrağı altında üzən Türkiyəyə məxsus "VICTRESS" yük gəmisinə zərbə endirib. Göyərtəsində Misir, Türkiyə və Hindistan vətəndaşlarından ibarət 9 nəfərlik heyət üzvü olub.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin (HDQ) mətbuat xidməti məlumat yayıb.

"Bölgədəki mürəkkəb vəziyyəti və yanğının daha da genişlənmə təhlükəsini nəzərə alaraq, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin kater heyətləri tərəfindən yük gəmisinin heyətinin təxliyəsi üzrə uğurlu xilasetmə əməliyyatı keçirilib. Təəssüf ki, heyət üzvləri arasında ölənlər var", – deyə Ukrayna HDQ-nin bəyanatında bildirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO