Samvel Karapetyan: "Ermənistan hamı ilə yaxşı münasibətlər qurmalıdır" - VİDEO

Samvel Karapetyan: "Ermənistan hamı ilə yaxşı münasibətlər qurmalıdır" - VİDEO

Hazırda oxunan: Samvel Karapetyan: "Ermənistan hamı ilə yaxşı münasibətlər qurmalıdır" - VİDEO

617721

Ermənistanda keçirilən parlament seçkilərində müxalifətin əsas simalarından biri, "Güclü Ermənistan" blokunun lideri Samvel Karapetyan ölkənin gələcək xarici siyasət kursu barədə danışıb.

Bizim.Media xəbər verir ki, rəsmi səsvermədən sonra RTVI telekanalına açıqlama verən milyarder siyasətçi Ermənistanın xarici tərəfdaşları ilə balanslaşdırılmış əlaqələr qurmasının vacibliyini vurğulayıb:
 

"Bunlar bizim inkişafımıza kömək etməli olan ölkələrdir. Biz deyə bilmərik ki, yalnız Rusiya ilə və ya yalnız ABŞ ilə yaxşı münasibətlərimiz olacaq. Balans olmalıdır və bizim vəziyyətimizdə bu balans birmənalı şəkildə qorunacaq".


Xatırladaq ki, iyunun 7-də Ermənistanda növbəti parlament seçkiləri keçirilir. Rusiya biznes dairələri tərəfindən açıq şəkildə dəstəklənən "Güclü Ermənistan" bloku seçkilərdə hakim "Vətəndaş Müqaviləsi" partiyasının əsas rəqiblərindən biri hesab olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO