50 illik evləri uçdu - “Avropa çempionunu bu evdə böyütmüşəm” – VİDEO

50 illik evləri uçdu - “Avropa çempionunu bu evdə böyütmüşəm” – VİDEO

Hazırda oxunan: 50 illik evləri uçdu - “Avropa çempionunu bu evdə böyütmüşəm” – VİDEO
615743
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kürdəmir rayonu Məhsəti Gəncəvi küçəsi, ev 12-də yaşayan Yaşar Əsgərov təqribən 50 il əvvəl çiy kərpicdən tikilmiş və dörd il öncə qəzalı vəziyyətə düşən evinin artıq bir neçə gündür ki, uçduğunu və bunun nəticəsində dörd nəfər ailə üzvünün evsiz qaldığını bildirib.

Bizim.Media xəbər verir ki, Baku TV-nin qaynar xəttinə müraciət edən ev sahibinin sözlərinə görə, bununla bağlı əvvəllər də aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, onun müraciətinə əhəmiyyət verən olmayıb. Hazırda çətin durumda qalan ailə aidiyyəti qurumlardan kömək istəyir.
 

"Ev tamamilə qəzalı vəziyyətə düşəndən sonra kirayə qalmalı olduq. 200 manat pulu çətinliklə ödəyirəm. İki övladım var. Oğlumun biri Avropa çempionudur. Onu bu sınıq-sökük evdə əziyyətlə böyütmüşəm. Ev başımıza uçsaydı, necə olacaqdı?!" - deyə zərərçəkən Şərəf Əsgərova bildirib.


Məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətindən bildirilib ki, mövcud vəziyyətdən xəbərdardırlar. Yaşar Əsgərova məxsus fərdi yaşayış evinə İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin əməkdaşları ilə birlikdə baxış keçirilib.

Vətəndaşa bildirilib ki, İcra Hakimiyyətinin xərclər smetasında fərdi yaşayış evlərinin təmir, bərpa və tikintisi üçün vəsait nəzərdə tutulmadığından fərdi yaşayış evinin bərpası səlahiyyətləri xaricindədir.

Amma buna baxmayaraq, Kürdəmir RİH tərəfindən fərdi yaşayış evinin uçması barədə məlumatlar Fövqəladə Hallar Nazirliyinə rəsmi məktub vasitəsilə ünvanlanıb.

Məktub araşdırıldıqdan sonra ev sahibinə yekun məlumat veriləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO