Bakıda evin mətbəxi kollektora düşdü – VİDEO

Bakıda evin mətbəxi kollektora düşdü – VİDEO

Hazırda oxunan: Bakıda evin mətbəxi kollektora düşdü – VİDEO

615453

Həyətlər çöküb, ərazidə iri çuxurlar yaranıb. Hətta, evlərdən birinin mətbəxi əşyaları ilə birlikdə kollektora düşüb.

Bizim.Media Xəzər TV-yə istinadla xəbər verir ki, görüntülər Xətai rayonu, Tofiq Hacıbabayev 88 ünvanındandır.

Sakinlər deyirlər ki, aramsız yağışlardan sonra küçə boyu müxtəlif evlərin həyətində çökmələr əmələ gəlib. Son günlərdə isə demək olar bütün həyətlərdə dərin quyular yaranıb.

Sakinlər iddia edirlər ki, evlər kollektorun üzərində tikilməyib. Əksinə, çökən kollektor sonradan çəkilib.

Onlar mövcud vəziyyətlə bağlı əlaqədar qurumlara da müraciət ediblər.
 

Məsələ ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən bildirildi ki, kollektorun üzərində inşa edilmiş tikililərin yaratdığı yüklənmə nəticəsində şəbəkədə qəza baş verib. Su və tullantı su kollektorlarının, magistral və paylayıcı xətlərin üzərində, eləcə də onların mühafizə zolaqlarında hər hansı tikinti işlərinin aparılması qanunvericiliyə ziddir.


Məsələ ilə bağlı Bakı Sukanal İdarəsi tərəfindən əraziyə baxış keçirilib. Aidiyyəti üzrə işlərin görülməsi üçün müraciət olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO