AZAL Naxçıvan Hava Limanında vəziyyətlə bağlı açıqlama yaydı - VİDEO

AZAL Naxçıvan Hava Limanında vəziyyətlə bağlı açıqlama yaydı - VİDEO

Hazırda oxunan: AZAL Naxçıvan Hava Limanında vəziyyətlə bağlı açıqlama yaydı - VİDEO

613665

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Naxçıvan Beynəlxalq Hava Limanında mövcud vəziyyətlə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, şirkət sosial şəbəkələrdə paylaşılan və Naxçıvan Beynəlxalq Hava Limanında hazırkı vəziyyəti əks etdirdiyi iddia olunan görüntülərin köhnə olduğunu və reallığı əks etdirmədiyini bildirib.
 

Açıqlamada qeyd olunub ki, hazırda Naxçıvan istiqamətində uçuşlar əvvəlki qaydada həyata keçirilir, hava limanında əməliyyat vəziyyəti stabildir və sərnişinlərə xidmət ştat rejimində davam edir.


Bildirilib ki, son günlər müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən bəzi reyslərdə dəyişikliklər edilsə də, bütün qərarlar uçuş təhlükəsizliyi prioritet götürülərək qəbul olunub.

AZAL vətəndaşlara yalnız rəsmi mənbələrə istinad etməyi tövsiyə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO