Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı? - VİDEO

Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı? - VİDEO

Hazırda oxunan: Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı? - VİDEO

612458

Son günlərdə hantavirusla bağlı xəbərlər diqqət çəkir. Xüsusilə xəstəliyin ağır gedişi və ölüm riski barədə xəbərlər narahatlıq yaradıb.

Argentinadan Kabo-Verdeyə gedən 150-dən çox sərnişinin və 61 ekipaj üzvünün olduğu Niderlanda məxsus "MV Hondius" kruiz laynerində hantavirusla bağlı yoluxma halları qeydə alınıb. İndiyədək azı səkkiz yoluxma və üç ölüm faktı təsdiqlənib. Fransa və Polşada da yoluxma ehtimalı ilə təcrid edilənlər var.

Bəs Azərbaycanda risk varmı?

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, hazırda bu virusun yayılma və ikinci COVID-19-a çevrilmə ehtimalı dünya mediasında müzakirə edilən əsas mövzulardan birinə çevrilib.

İnfeksionistlərin sözlərinə görə, hantavirus insanlar və heyvanlar üçün təhlükə yaradan patogendir. Əsasən, gəmiricilərdən yoluxur.
 

Səhiyyə Nazirliyindən sorğuya cavab olaraq bildirilib ki, hazırda Azərbaycan ərazisində hantavirus infeksiyasına şübhəli və ya təsdiqlənmiş yoluxma halları qeydə alınmayıb.


"Bu virus ölkəmiz üçün endemik hesab olunmur və mövcud epidemioloji vəziyyət virusun yayılma riskinin aşağı olduğunu göstərir. Hantavirus, əsasən, siçan və digər gəmiricilər vasitəsilə yoluxa bilər. Bu səbəbdən risk daha çox gəmiricilərlə sıx təmas olan yerlərdə mövcuddur. Profilaktik məqsədlə gigiyena qaydalarına əməl etmək, gəmiricilərə qarşı mübarizə aparmaq və köhnə məkanlarda təmizlik zamanı qoruyucu vasitələrdən istifadə etmək tövsiyə olunur".

Daha ətraflı süjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO