Torpaq sürüşməsinin baş verdiyi Ağsu aşırımında SON VƏZİYYƏT – VİDEO

Torpaq sürüşməsinin baş verdiyi Ağsu aşırımında SON VƏZİYYƏT – VİDEO

Hazırda oxunan: Torpaq sürüşməsinin baş verdiyi Ağsu aşırımında SON VƏZİYYƏT – VİDEO

611948

Xəbər verdiyimiz kimi, son günlər ölkənin dağlıq və dağətəyi ərazilərində müşahidə olunan intensiv yağıntılar nəticəsində Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində torpaq sürüşməsi yenidən aktivləşib.

AAYDA-dan Bizim.Media-nın Aran bürosunun sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş sürüşmə nəticəsində yolun 147-ci kilometrliyində asfalt örtüyündə çatlar və çökmələr yaranıb:
 

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb. Təhlükəli hissəyə xəbərdaredici nişanlar quraşdırılıb, sahə xüsusi lentlərlə işarələnib və nəqliyyat vasitələrinin hərəkəti digər zolaq vasitəsilə ikitərəfli qaydada təşkil olunub. Ərazi tərəfimizdən nəzarətdə saxlanılır.


Hadisə ilə bağlı əraziyə mütəxəssislər cəlb olunub, baxış keçirilib, problemin aradan qaldırılması üçün müvafiq təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim ediləcək. Maliyyə vəsaiti ayrıldıqdan sonra ərazidə bərpa işlərinə başlanılması nəzərdə tutulur".


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO