Xarici diplomatlar Xankəndidə Zəfər Parkında – FOTO/VİDEO

Xarici diplomatlar Xankəndidə Zəfər Parkında – FOTO/VİDEO

Hazırda oxunan: Xarici diplomatlar Xankəndidə Zəfər Parkında – FOTO/VİDEO
610551
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qarabağda səfərdə olan diplomatik korpusun nümayəndələri Xankəndi şəhərində salınmış Zəfər Parkını ziyarət ediblər.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, nümayəndə heyətinə Xankəndi şəhərində 9 hektarlıq ərazidə salınan və Azərbaycanın tarixi qələbəsini əks etdirən Zəfər Parkı, 44 günlük müharibəni simvolizə edən 44 metr hündürlükdə Zəfər Tağı haqqında məlumat verilib.
 

Nümayəndə heyəti parkda quraşdırılmış lövhələr üzərində müharibənin gedişi barədə məlumatlar, o cümlədən azad olunmuş yaşayış məntəqələrinin adları, eyni zamanda, 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini əks etdirən məlumatlarla tanış olublar.


Qeyd edək ki, səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən artıq səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir.

İki gün davam edəcək səfər zamanı qonaqlar Xankəndi şəhərində, Xocalı, Şuşa və Laçın rayonlarında olacaq, bölgədə aparılan yenidənqurma və bərpa işlərini yerində izləyəcək, həmçinin sosial və iqtisadi əhəmiyyətli obyektlərlə tanış olacaqlar.



Xarici diplomatlar Xankəndidə Zəfər Parkında – FOTO/VİDEO - foto 1
Xarici diplomatlar Xankəndidə Zəfər Parkında – FOTO/VİDEO - foto 2
Xarici diplomatlar Xankəndidə Zəfər Parkında – FOTO/VİDEO - foto 3
Xarici diplomatlar Xankəndidə Zəfər Parkında – FOTO/VİDEO - foto 4
Xarici diplomatlar Xankəndidə Zəfər Parkında – FOTO/VİDEO - foto 5
Xarici diplomatlar Xankəndidə Zəfər Parkında – FOTO/VİDEO - foto 6
Xarici diplomatlar Xankəndidə Zəfər Parkında – FOTO/VİDEO - foto 7
Xarici diplomatlar Xankəndidə Zəfər Parkında – FOTO/VİDEO - foto 8
Xarici diplomatlar Xankəndidə Zəfər Parkında – FOTO/VİDEO - foto 9
Xarici diplomatlar Xankəndidə Zəfər Parkında – FOTO/VİDEO - foto 10
Xarici diplomatlar Xankəndidə Zəfər Parkında – FOTO/VİDEO - foto 11
Xarici diplomatlar Xankəndidə Zəfər Parkında – FOTO/VİDEO - foto 12
Xarici diplomatlar Xankəndidə Zəfər Parkında – FOTO/VİDEO - foto 13
Xarici diplomatlar Xankəndidə Zəfər Parkında – FOTO/VİDEO - foto 14
Xarici diplomatlar Xankəndidə Zəfər Parkında – FOTO/VİDEO - foto 15
Xarici diplomatlar Xankəndidə Zəfər Parkında – FOTO/VİDEO - foto 16

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO