Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEO

Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEO

Hazırda oxunan: Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEO
608766
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində fəaliyyət göstərən 390 ümumtəhsil müəssisəsində monitorinqlər keçirib.

Bizim.Media xəbər verir ki, yoxlamaların nəticələrinə əsasən, 263 məktəbdə sanitariya qaydalarının pozulduğu, 23 məktəbdə istifadə müddəti bitmiş, beş məktəbdə isə satışı qadağan olunmuş məhsulların olduğu müəyyən edilib.

Məktəblilərdən biri bufetlərdəki vəziyyətlə bağlı narazılığını BAKU TV-yə belə ifadə edib:

"Bufetdəki yeməklər çox pisdir. Keçən dəfə sinif yoldaşım hot-doqdan zəhərlənmişdi".

Məsələ ilə bağlı AQTA-dan bildirilib ki, yararlılıq müddəti bitmiş və satılması qadağan edilmiş məhsullar dərhal satışdan kənarlaşdırılıb:

"Aşkar olunmuş uyğunsuzluqlarla bağlı məsul şəxslər barəsində inzibati tədbirlər görülüb, icrası məcburi olan göstərişlər verilib. Eyni zamanda məsələnin ciddi şəkildə nəzarətə götürülməsi üçün Elm və Təhsil Nazirliyinə, həmçinin regional təhsil idarələrinə məktublar ünvanlanıb".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO