
- A-
- A
- A+
Şuşanın incisi ŞİMALDA – Bu kənddə 60 ildir Xarıbülbül çiçək AÇIR - VİDEO
“Qarabağın məşhur Xarıbülbül çiçəyi təkcə Şuşada bitmir. Bu çiçək ölkənin şimalında da bitir”.
Bu fikri Qubanın Təngəaltı kəndinin 65 yaşlı sakini Rövşən Babayev Bizim.Media-ya göndərdiyi videogörüntüdə səsləndirib.
Onun sözlərinə görə, uşaq yaşlarından kəndlərində Xarıbülbül çiçəyinin açdığını görüb.
Rövşən Babayev bildirib ki, hazırda onun meyvə bağında da Xarıbülbül çiçəyi açıb.
“Uşaqlıqdan bu çiçəyi görmüşəm. Təkcə Şuşada deyil, bir çox rayonlarda, Qubada da bitir”, - deyə o qeyd edib.
Rövşən Babayev əlavə edib ki, buna şübhə ilə yanaşanlar gəlib həm onun evində qonaq ola, həm də bağındakı Xarıbülbül çiçəyi ilə yerində tanış ola bilərlər.
Bu fakt Azərbaycanın flora zənginliyindən xəbər verir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































