Uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıb - Biləcəridəki körpələr evində QALMAQAL - VİDEO

Uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıb - Biləcəridəki körpələr evində QALMAQAL - VİDEO

Hazırda oxunan: Uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıb - Biləcəridəki körpələr evində QALMAQAL - VİDEO
588025
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Paytaxtın Biləcəri qəsəbəsində yerləşən 298 saylı körpələr evində qalmaqal yaşanıb.

Bizim.Media xəbər verir ki, valideynlərin "Unikal"a verdiyi məlumata görə, bağçanın müdiri Aysel Alməmmədova körpələr evinə qeydiyyatdan kənar uşaqlar götürüb:
 

"Bir neçə gün əvvəl bağçaya yoxlama gəlib. Aysel Alməmmədova bu səbəbdən qeydiyyatdan kənar olan uşaqları bağçanın əməkdaşlarının evlərinə göndərib. Bu proses 5 gün davam edib. Valideyn isə bundan xəbərsiz olub. Elə bilirik ki, uşaq bağçadadır. Sən demə, uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıblar. Məsələni gizlətmək üçün yalandan deyirdilər ki, guya uşaq yatıb, yemək yeyir və s", - deyə əlavə edilib.


Qeyd edək ki, A.Alməmmədova 2017-ci ildən etibarən 298 saylı körpələr evinin müdiridir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO