Belousov: “Tammiqyaslı nüvə sınaqlarına hazırlığa başlanılmalıdır” - VİDEO

Belousov: “Tammiqyaslı nüvə sınaqlarına hazırlığa başlanılmalıdır” - VİDEO

Hazırda oxunan: Belousov: “Tammiqyaslı nüvə sınaqlarına hazırlığa başlanılmalıdır” - VİDEO
579080
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Tammiqyaslı nüvə sınaqlarına hazırlığa dərhal başlamağı məqsədəuyğun hesab edirəm. Novaya Zemlyadakı poliqonun vəziyyəti qısa müddətdə belə sınaqları keçirməyə imkan verir”.

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Andrey Belousov ölkə prezidenti Vladimir Putininin rəhbərliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclası zamanı bildirib.
 

İclasın əvvəlində ABŞ prezidenti Donald Trampın nüvə sınaqlarını bərpa etməklə bağlı bəyanatı müzakirə olunub.


Dövlət başçısı bu məsələ ilə bağlı Belousovdan məlumat verməyi xahiş edib.

Nazir bildirib ki, ABŞ strateji hücum silahlarını sürətlə modernləşdirir:

“ABŞ-ın nüvə sınaqlarına qoyulan moratoriyadan çıxması silahlara nəzarət sisteminin dağıdılması siyasətinin məntiqi davamı olardı. ABŞ-ın Avropada yerləşdirməyi planlaşdırdığı Dark Eagle raketləri Mərkəzi Rusiyaya 6–7 dəqiqəyə çata bilər. ABŞ oktyabr ayında Rusiyaya qarşı preventiv raket-nüvə zərbəsinin məşqini keçib”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO