Moderator.az xəbər verir ki, Cəlilabad, Biləsuvar, Cəbrayıl, İmişli və Neftçala rayonlarında yaşayan vətəndaşların nəzərinə
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il mayın 16-da saat 11:00-da Cəlilabad rayon prokurorluğunun inzibati binasında Cəlilabad, Biləsuvar, Cəbrayıl, İmişli və Neftçala rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Cəlilabad şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.


































































































