14 sentyabrda gözlənilən hava şəraiti

14 sentyabrda gözlənilən hava şəraiti

Hazırda oxunan: 14 sentyabrda gözlənilən hava şəraiti

33778

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Moderator.az-a verilən məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Sentyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal  küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 18-21, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Sentyabrın 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Aqrometeoroloji şərh

Sentyabrın 16-dək respublika ərazisində temperaturun tədricən 2-3 dərəcə yüksələcəyi gözlənilir. Temperatur rejimi bütün kənd təsərrüfatı bitkilərinin inkişaf sürətini bir qədər artıracaq, lakin pambıq bitkilərində qozaların açılması və yetişməsi üçün kifayət qədər olmayacaq. Gecə və axşam saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var ki, bu da bağlarda meyvələrin, bostanlarda tərəvəzin və süfrə üzümünün yığımında, çoxillik otların biçini və aqrotexniki işlərin görülməsində mühüm çətinliklər yaratmayacaq və torpaqda məhsuldar rütubət ehtiyatının artması üçün şərait yaradacaq. 

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO