Yaponiyada uçan taksi xidmətinə başlanılır - VİDEO

Yaponiyada uçan taksi xidmətinə başlanılır - VİDEO

Hazırda oxunan: Yaponiyada uçan taksi xidmətinə başlanılır - VİDEO
28157
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yaponiyanın ən böyük aviadaşıyıcısı olan “Japan Airlines” 2025-ci ilə qədər uçan avtomobillərin kommersiya istifadəsinə başlamağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, ilk mərhələdə hava limanı ilə Mie prefekturasındakı turizm obyektləri arasında sərnişin daşınması xidmətinin başlanması planlaşdırılır.

Bundan başqa ölkənin ikinci ən böyük aviadaşıyıcısı olan “All Nippon Airways” də 2025-ci ilədək bənzər bir xidmət yaratmaq imkanlarını araşdırır.

Qeyd edək ki, Yaponiyada bu cür maşınların sınaqları artıq davam edir, lakin hökumətin dəqiq qaydalarının olmaması onların inkişafına mane olur, böyük investorları uzaqlaşdırır.

Yaponiya hökuməti artıq 2023-cü ildən etibarən uzaq adalara malların çatdırılması, 2025-ci ildən etibarən əsas nəqliyyat vasitələri daxil olmaqla sərnişin daşınmasına başlamaq üçün uçan avtomobillərin istismarı qrafiki və prosedurunu inkişaf etdirməyə başlayıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO