Azərbaycan hərbçisi duman səbəbindən azıb, heç kimi öldürmək niyyətində olmayıb - Artur Poqosyan

Azərbaycan hərbçisi duman səbəbindən azıb, heç kimi öldürmək niyyətində olmayıb - Artur Poqosyan

Hazırda oxunan: Azərbaycan hərbçisi duman səbəbindən azıb, heç kimi öldürmək niyyətində olmayıb - Artur Poqosyan
645802
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan ərazisində saxlanılan Azərbaycan hərbçisinin heç kimi öldürmək niyyəti olmayıb. Bu barədə Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan jurnalistlərə müsahibəsində bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” nəşri yazıb.

Onun sözlərinə görə, hərbçi artıq dindirilib, ifadə verib və hadisənin baş verdiyi yeri də göstərib.

Poqosyan Azərbaycan hərbçisinin duman səbəbindən yolunu azdığını qeyd edib. Bununla belə, İstintaq Komitəsinin rəhbəri ilkin istintaqın maraqları naminə ifadənin məzmununu açıqlaya bilməyəcəyini vurğulayıb.

“Biz faktları qiymətləndirməliyik. Bu şəxs yolunu azıb, hansısa ev görüb, şüşəni sındıraraq içəri daxil olub və özü üçün yemək hazırlayıb. Uşaqlar evə daxil olduqda isə onların telefonunu götürüb, saatlarla oturmağa məcbur edib, lakin onlara zərər verməyib”, – deyə Poqosyan bildirib.

O, həmçinin qeyd edib ki, birigün parlamentdə bu işlə bağlı əlavə məlumatların təqdim ediləcəyi ehtimal olunan qapalı görüş keçiriləcək.

Xatırladaq ki, oktyabrın 1-də Ermənistanın Şəki yaşayış məntəqəsində təhlükəsizlik orqanlarının əməkdaşları naməlum şəraitdə Ermənistan ərazisinə keçmiş Azərbaycan hərbçisi Nəsimi Musayevi saxlayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO