Əli Həsənovun cəzası az ola bilər - Hüquq müdafiəçisi

Əli Həsənovun cəzası az ola bilər - Hüquq müdafiəçisi

Hazırda oxunan: Əli Həsənovun cəzası az ola bilər - Hüquq müdafiəçisi
645786
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Yəqin ki, Prezident Administrasiyasının keçmiş şöbə müdiri, Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov barədə də araşdırılma aparılacaq. İsrailin keçmiş baş naziri Qolda Meirin bir sözü var idi - Ən birinci insanlara, təhsilə, səhiyyəyə, orduya dəyər verin, bir də kimlər rüşvət alıblarsa, onlar yeddinci qatına qədər vətən xainidirlər. Biz də bu prinsiplə yaşamalıyıq ki, rüşvət alan da, rüşvət verən də yeddinci qatına qədər xalq düşmənidir. Kim rüşvət alıbsa, hamısı öz cəzasını çəkməlidir".

Bizim.Media pravda.az-a istinadla xəbər verir ki, bunu hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

O qeyd edib ki, Əli Həsənov elə də böyük fiqur olmayıb:

"Onun işi jurnalistlər və QHT-lər, partiyalar idi. Buna görə də Əli Həsənovun cəzası az ola bilər. Prezident İlham Əliyev düz edir. Rüşvət alanların bütün mallarını əllərindən alsın, xalqa qaytarsın, amma həbsxanaya salmasın, çünki həbsxana heç kimi islah etmir. Qoy öz cəzalarını evdə çəksinlər. Rüşvət aldıqları üçün onlara ən ağır cəza özləri daxil olmaqla, qohumlarının da bütün mallarının, pullarının əllərindən alınmasıdır. Qoy bilsinlər ki, camaat necə əziyyət çəkir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO