DTX-dən əməliyyat - Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - Foto

DTX-dən əməliyyat - Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - Foto

Hazırda oxunan: DTX-dən əməliyyat - Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - Foto
645783
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə 2025-ci ildən beynəlxalq axtarışa verilmiş Fetiyev Murad Qərib oğlunun Azərbaycana gətirilərək istintaqa cəlb edilməsi təmin olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

Müəyyən edilib ki, Murad Fetiyev xarici ölkədən idarə olunan radikal mərkəzlərin tapşırığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması, milli nifrət və düşmənçiliyin salınması məqsədilə sosial şəbəkələrdə müxtəlif qruplar yaradaraq xaricdə, eləcə də Azərbaycanda yaşayan azsaylı etnik qrupun ekstremist ideyalar daşıyan nümayəndələrini həmin qruplara cəlb edib.

Eyni zamanda, onların arasından radikal baxışları ilə xüsusilə fərqlənən şəxslərin seçilməsini, ölkə ərazisində mühüm strateji obyektlər barədə informasiya toplanılmasını, terrorçuluğa açıq çağırışlar edilməsini təşkil edib.

Bir müddət əvvəl həmin cinayətkar qruplaşmanın bəzi üzvləri Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə dövlət müəssisəsinə basqın etməyə, insanların girov götürülməsinə hazırlıq hərəkətləri etdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunublar.

Murad Fetiyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 (Terrorçuluğa açıq çağırışlar), 283-1-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və digər maddələri ilə ittiham olunmasına dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

DTX-dən əməliyyat - Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - Foto - foto 1

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO