Yılmaz Özdildən Azərbaycanla bağlı tarixi xatırlatma – “Kim belə qardaşla münasibətləri pozar?!” – Video

Yılmaz Özdildən Azərbaycanla bağlı tarixi xatırlatma – “Kim belə qardaşla münasibətləri pozar?!” – Video

Hazırda oxunan: Yılmaz Özdildən Azərbaycanla bağlı tarixi xatırlatma – “Kim belə qardaşla münasibətləri pozar?!” – Video
645743
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyəli tanınmış jurnalist Yılmaz Özdil Azərbaycanın Türkiyəyə etdiyi tarixi yardımlardan söz açıb.

Bizim.Media xəbər verir ki, jurnalist öz youtube kanalında yayımladığı verilişində bu barədə danışıb.

Özdil I Dünya Müharibəsi və Qurtuluş Savaşı dövründə Azərbaycandan Türkiyəyə edilən maddi, mənəvi dəstəyi xüsusi qeyd edib:

“İşğal illərimizdə yanımızda kim var idi?! Azərbaycan türkləri. 1918-ci ildən 1922-ci ilə qədər vaqonlarla Anadoluya yanacaq göndərdilər. Göndərə bilmədiklərini də özləri satıb, pulunu bizə yolladılar. Qurtuluş Müharibəsi illərində Anadoluya yardım üçün Bakıda ianə kampaniyası təşkil olunmuşdu. Savaşda yetim qalan uşaqlar üçün qızıl yardımı edirdilər. Nəriman Nərimanov Mustafa Kamal Atatürk hökumətinə 500 kq külçə, 19 min Osmanlı qızılı, 1,5 milyon frank, 1 milyon funt-sternliq göndərdi. Üstəlik Nərimanov Atatürkə göndərdiyi məktubda “Qardaş qardaşa borc verməz, qardaş hər zaman qardaşının əlindən tutar” yazmışdı”.

Jurnalist həmçinin Çanaqqala döyüşlərində, o cümlədən Qurtuluş Savaşında azərbaycanlı hərbçilərin göstərdiyi qəhrəmanlıqlardan da söz açıb. Özdil Türkiyə Ordusunun inkişafında rolu olan azərbaycanlı hərbçiləri də xüsusi qeyd edib.

“İnsan belə bir qardaşla münasibətlərini pozar?! Azərbaycan bir yana, dünya bir yana. Nə Fələstin?!” – deyə Özdil əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO