Bakı metrosuna ayrılan pulun miqdarı 31.4 % artırılacaq

Bakı metrosuna ayrılan pulun miqdarı 31.4 % artırılacaq

Hazırda oxunan: Bakı metrosuna ayrılan pulun miqdarı 31.4 % artırılacaq
645771
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Bakı Metropoliteni" QSC-nin nizamnamə kapitalının 809 milyon 687,6 min manat və yaxud 31,4 % artırılaraq 2 milyard 580 milyon 638,4 min manatdan 3 milyard 390 milyon 326 min manata çatdırılması planlaşdırılır.

Bizim.Media xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 14,14 manat olan 57 milyon 262,2 min ədəd yeni səhm buraxılacaq.

Bununla əlaqədar Bakı metrosunun Nizamnaməsinə dəyişiklik ediləcək.

Xatırladaq ki, bu il mayın 7-də Prezident İlham Əliyev "Bakı Metropoliteni"nin yenidən təşkil edilməsi, bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, səhmdar cəmiyyəti "BakuBus" və "Bakı Taksi Xidməti" MMC-lərin ona qoşulması formasında yenidən təşkil edilib.

Dövlət başçısının bu il oktabrın 2-də imzaladığı fərmanla isə "Bakı Metropoliteni" sərnişin kanat yolları ilə sərnişindaşıma üzrə xidmətlər göstərilməsi, onların keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsi, həmin xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqi, eləcə də layihələndirilməsi və tikintisi, maddi-texniki bazanın gücləndirilməsi və müasirləşdirilmə, xidmətlərin qarşılıqlı inteqrasiyası, vahid mərkəzdən idarə olunması və əlaqələndirilməsi üzrə səlahiyyətlər əldə edib. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO