Daşkənddə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirildi - Foto/Video

Daşkənddə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirildi - Foto/Video

Hazırda oxunan: Daşkənddə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirildi - Foto/Video
645818
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Respublikasının 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin və Səfirliyin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Hyatt Regency Tashkent” hotelində keçirilən rəsmi qəbulda dövlət və hökumət nümayəndələri, diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların təmsilçiləri, elm, mədəniyyət və incəsənət xadimləri, diasporunun üzvləri, eləcə də yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində Azərbaycanın şanlı Zəfər salnaməsini əks etdirən “Şanlı tariximizin 44 günü” adlı fotosərgi təşkil olunub.

Burada 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığı, torpaqlarımızın işğaldan azad edilməsini və tarixi Qələbəmizin unudulmaz anlarını əks etdirən fotoşəkillər nümayiş etdirilib. Fotomateriallar tədbirdə iştirak edən dövlət və ictimaiyyət nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.


Rəsmi qəbulda çıxış edən Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, doktor Rəşad Məmmədov 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixindəki müstəsna əhəmiyyətindən bəhs edib.

Səfir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının birlik, əzm və qətiyyətinin təntənəsinə çevrilib.

Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, şücaət və fədakarlıq nəticəsində uzun illər işğal altında qalmış torpaqlarımız azad edilmiş, 2020-ci il noyabrın 8-də Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı, qədim Şuşa şəhərinin azad olunması ilə tarixi Zəfər qazanılıb.

Diplomat vurğulayıb ki, 8 Noyabr Zəfəri Azərbaycan xalqının milli yaddaşına əbədi həkk olunmuş, ölkəmizin müasir dövlətçilik tarixində yeni mərhələnin əsasını qoyub.

Rəsmi hissədən sonra Zəfər Gününə həsr olunmuş təntənəli bədii proqram təqdim edilib.

Konsert proqramında Azərbaycan Dövlət “Qaya” Ansamblı, Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Qarabağ Zəfəri” Rəqs Ansamblı, “Xarıbülbül” Teatr Truppasının solistləri, eləcə də Özbəkistan və Qaraqalpaqıstanın Xalq artisti, Qazaxıstan və Türkmənistanın Əməkdar artisti Yulduz Usmanova çıxış ediblər.

Sənətçilərin təqdim etdikləri musiqi və rəqs nömrələri konsert proqramına xüsusi rəng qatıb, qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Konsert proqramının diqqətçəkən məqamlarından biri Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Qarabağ Zəfəri” rəqs ansamblı tərəfindən Azərbaycanın qədim yurdu Zəngəzurun zəngin folklor ənənələrini yaşadan “Zəngəzur yallısı” rəqsinin təqdimatı olub.
 

Azərbaycan xalqının qədim milli rəqs ənənələrini, birlik və həmrəylik ruhunu özündə əks etdirən bu rəqs kompozisiyası özünəməxsus ritmi və dinamik ifası ilə tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.


Bədii gecə Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi, milli incəsənət nümunələrinin təbliği və xalqlarımız arasında qarşılıqlı mədəni mübadilənin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Daşkənddə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirildi - Foto/Video - foto 1
Daşkənddə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirildi - Foto/Video - foto 2
Daşkənddə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirildi - Foto/Video - foto 3
Daşkənddə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirildi - Foto/Video - foto 4
Daşkənddə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirildi - Foto/Video - foto 5
Daşkənddə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirildi - Foto/Video - foto 6
Daşkənddə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirildi - Foto/Video - foto 7
Daşkənddə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirildi - Foto/Video - foto 8
Daşkənddə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirildi - Foto/Video - foto 9
Daşkənddə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirildi - Foto/Video - foto 10
Daşkənddə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirildi - Foto/Video - foto 11
Daşkənddə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirildi - Foto/Video - foto 12
Daşkənddə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirildi - Foto/Video - foto 13
Daşkənddə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirildi - Foto/Video - foto 14
Daşkənddə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirildi - Foto/Video - foto 15
Daşkənddə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirildi - Foto/Video - foto 16
Daşkənddə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirildi - Foto/Video - foto 17
Daşkənddə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirildi - Foto/Video - foto 18
Daşkənddə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirildi - Foto/Video - foto 19
Daşkənddə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirildi - Foto/Video - foto 20
Daşkənddə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirildi - Foto/Video - foto 21
Daşkənddə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirildi - Foto/Video - foto 22
Daşkənddə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirildi - Foto/Video - foto 23
Daşkənddə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirildi - Foto/Video - foto 24
Daşkənddə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirildi - Foto/Video - foto 25
Daşkənddə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirildi - Foto/Video - foto 26

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO