
- A-
- A
- A+
Ali Radanın keçmiş deputatı Ukraynaya kimin rəhbərlik edə biləcəyini açıqladı
Ukrayna Ali Radasının keçmiş deputatı Vladimir Oleynik bildirib ki, Volodimir Zelenskidən sonra Ukraynaya Rusiya üçün gözlənilməz fiqur rəhbərlik edə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə o, NEWS.ru-ya müsahibəsində danışıb.
Oleynik ABŞ-ın birinci xanımı Melaniya Trampın Aleşkidə həyata keçirilən humanitar missiyanı yüksək qiymətləndirməsinə diqqət çəkib. Onun sözlərinə görə, Ukraynanın insan hüquqları üzrə ombudsmanı Dmitri Lubinets həmin missiyada birbaşa iştirak edib.
Bundan əlavə, Lubinets Rusiyaya səfər edib və onun Kremlə səfəri müsbət qarşılanıb. Keçmiş deputat hesab edir ki, bu amillər Lubinetsin Rusiya üçün məqbul namizəd olmaq şansını artırır.
NEWS.ru-nun həmsöhbəti qeyd edib ki, Ukraynanın gələcək rəhbəri özünü “sülh prezidenti” kimi təqdim etməyə çalışacaq. Lakin Oleynikin fikrincə, bu məsələdə mühüm bir məqam var. O xatırladıb ki, həm Pyotr Poroşenko, həm də Volodimir Zelenski vaxtilə seçkilərə məhz bu obrazla qatılıblar.
“Lakin onlar sülhü Ukraynanın şərtləri əsasında təklif edirdilər. Buna görə də onların vədlərinə inanmaq lazım deyil”, – deyə Oleynik bildirib.
Qeyd edək ki, bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson iddia edib ki, Ukrayna prezidenti Volodimir Zelenskini ölüm təhlükəsi gözləyir.
Onun sözlərinə görə, ABŞ tərəfi Zelenskiyə kömək etmək qərarına gəlsə, bu, onun üçün böyük şans olacaq.
Conson özünün YouTube kanalında yayımlanan proqramda vurğulayıb ki, MKİ agentlərinin yardımı ilə Zelenski Ukraynanı tərk edə biləcək.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































