İrəvan Aİ-yə üzvlük üçün müraciətə hazırlaşır: Paşinyan tarix verdi

İrəvan Aİ-yə üzvlük üçün müraciətə hazırlaşır: Paşinyan tarix verdi

Hazırda oxunan: İrəvan Aİ-yə üzvlük üçün müraciətə hazırlaşır: Paşinyan tarix verdi
645819
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin 2027-ci ildə Avropa İttifaqına (Aİ) tamhüquqlu üzvlük üçün müraciət etməsini real hesab edir. O, 2028-ci ilin də uyğun vaxt ola biləcəyini istisna etməyib.

Bizim.Media xəbər verir ki, Paşinyan bu barədə Brüsseldə keçirilən “Aİ-nin genişlənməsi üzrə 2026-cı il Sammiti” çərçivəsində “Euronews”a müsahibəsində danışıb.

Baş nazir bildirib ki, Ermənistan üçün əsas məsələ sadəcə texniki addım ataraq üzvlük ərizəsini göndərmək deyil, bu prosesin müvafiq siyasi dialoqla müşayiət olunmasıdır.

“Bizim üçün sadəcə texniki addım atmaq – göndər düyməsini sıxaraq müraciəti yollamaq deyil, bütün prosesin məhz bu məsələ ilə bağlı siyasi dialoqla müşayiət olunması vacibdir”, – deyə Paşinyan vurğulayıb.
 

Eyni zamanda, hökumət başçısı hazırda Ermənistanın Aİ ilə viza rejiminin liberallaşdırılması istiqamətində dialoqa üstünlük verdiyini bildirib. Onun sözlərinə görə, İrəvan bu prosesi 2029-cu ilədək başa çatdırmağı hədəfləyir.


Paşinyan, həmçinin Ermənistanla Avropa İttifaqı arasındakı münasibətlərin ikitərəfli əlaqələrin tarixində ən yüksək səviyyəyə çatdığını qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO