Tibbdə yeni dövr: Xəstəyə robot cərrahla orqan köçürüldü

Tibbdə yeni dövr: Xəstəyə robot cərrahla orqan köçürüldü

Hazırda oxunan: Tibbdə yeni dövr: Xəstəyə robot cərrahla orqan köçürüldü
645639
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsraildə ilk dəfə cərrahi robotun köməyi ilə ağciyər transplantasiyası əməliyyatı aparılıb. Əməliyyat zamanı ənənəvi üsuldan fərqli olaraq döş qəfəsi açılmayıb və qabırğalar kəsilməyib.

Bizim.Media xəbər verir ki, yenilikçi əməliyyat “Beilinson” Tibb Mərkəzinin cərrahları tərəfindən həyata keçirilib.

Əməliyyat zamanı həkimlər robotlaşdırılmış cərrahi sistemdən istifadə edərək donor ağciyərini bir neçə kiçik dəlik vasitəsilə qan damarlarına və bronxlara birləşdiriblər.

Ənənəvi metoddan fərqli olaraq, yeni texnologiya geniş cərrahi kəsik aparmağa, orqanlara çıxış əldə etmək üçün qabırğaları aralamağa və ya kəsməyə ehtiyacı aradan qaldırıb.

Bu əməliyyat İsrail transplantologiyası sahəsində mühüm nailiyyət hesab olunur. Robotik cərrahiyyənin tətbiqi əməliyyatın yaratdığı travmanı azaltmağa və xəstələrin daha sürətli bərpa olunmasına imkan verə bilər.

Pasiyentin hazırkı vəziyyəti və reabilitasiya müddəti barədə hələlik məlumat verilməyib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO