
- A-
- A
- A+
Azərbaycandan göndərilən məktub Türkiyədə gündəm oldu – Video
Türkiyəli siyasətçi İlay Aksoya Azərbaycandan göndərilən məktub Türkiyədə geniş müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, Aksoy sözügedən məktubu “Youtube” kanalından paylaşdığı videoda təqdim edib.
Məktubda Azəbaycan-Türkiyə münasibətlərində yaranan soyuqluğun səbəblərindən bəhs olunub.
Bildirilib ki, Azərbaycanla uzun müddətdir davam edən diplomatik ənənələri rəsmi Ankara pozub:
“Ərdoğan 2024-cü ildə Şuşadakı TDT zirvəsinə qatılmaq yerinə Hollandiya ilə futbol matçını izləməyə getdi. Heç kim ondan futbolun, yoxsa qardaşların görüşünün daha önəmli olduğunu soruşmadı.
Türkiyə uzun müddətdir davam edən diplomatik ənənələri pozan və ikitərəfli münasibətlərdə hörmət səviyyəsini aşağı salan ilk ölkə oldu:
Ankara uzun müddətdir davam edən ənənəni pozan ilk ölkə oldu. Diplomatik protokoldakı dəyişikliklər Türkiyənin addımları ilə başladı. 28 Mayda Ankara Azərbaycanın Müstəqillik Gününə daha aşağı vəzifəli bir rəsmini — Nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlunu göndərdi. Daha əvvəl Türkiyə bu tədbirdə həmişə daha yüksəkvəzifəli şəxslər — Məclis Sədri və ya Vitse-prezident tərəfindən təmsil olunurdu.
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan səfirliyinin Müstəqillik Günündə simvolik türk obyektlərinin və binalarının Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılması yönündəki rəsmi tələbini rədd etdi. Bu ana qədər Azərbaycan bu cür tələblərlə həmişə kifayətlənirdi və bu simvolik jestin rədd edilməsi presedent yaratdı. Bakının cavabı qarşılıqlılıq prinsipinə əsaslanan bir güzgü reaksiyasıdır (və buna görə də Azərbaycan Türkiyənin Bakıdakı səfirliyindəki qəbulda təmsil səviyyəsini aşağı salaraq — ənənəvi olaraq tədbirlərdə iştirak edən Milli Məclisin sədri Sahibə Qafarovanın əvəzinə Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyevi göndərdi).
Bakı Ankaraya eyni diplomatik səviyyədə, qarşılıqlılıq prinsipini qətiyyətlə tətbiq edərək cavab verib. Ankaranın davranışı müttəfiq ölkə üçün həssas mövzuları nəzərə almaması ilə xarakterizə olunur. "Bir millət, iki dövlət" prinsipi hər iki tərəfin üzərinə öhdəliklər qoyur və qardaşlıq münasibətləri tərəflərdən birinə diplomatiya qaydalarını pozmaq və digərinin dövlət simvollarına və tarixinə hörmətsizlik etmək haqqı vermir”.
Məktubu şərh edən İlay Aksoy qeyd olunan fikirlərin obyektiv olduğunu bildirib. Siyasətçi Hakan Fidanın AQEM-in zirvə görüşündə İsrail Prezidentinin çıxışı zamanı zalı nümayişkəranə şəkildə tərk etməsinin haqlı olaraq Azərbaycanın səbrini daşıran son damla olduğunu qeyd edib.
Siyasətçi vurğulayıb ki, Bakı və Ankara arasında normallaşma yalnız AKP tərəfindən Azərbaycanı hədəf alan yazıların qarşısı alınacağı təqdirdə mümkün ola bilər.
Daha ətraflı videoda:
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































