Tez-tez gündüz yatırsınız? – Gizli təhlükə ilə bağlı xəbərdarlıq

Tez-tez gündüz yatırsınız? – Gizli təhlükə ilə bağlı xəbərdarlıq

Hazırda oxunan: Tez-tez gündüz yatırsınız? – Gizli təhlükə ilə bağlı xəbərdarlıq
645789
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-də aparılan araşdırma 65 yaş və yuxarı insanlarda tez-tez, qeyri-iradi və qısa müddətli gündüz yuxularının demans (yaddaş problemləri) riskinin artması ilə əlaqəli olduğunu ortaya qoyub.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, tədqiqat çərçivəsində demans diaqnozu olmayan 995 nəfər orta hesabla 5 il müşahidə edilib. Bu müddətdə 417 nəfərdə (41,9 faiz) ehtimal olunan və ya mümkün demans inkişaf edib.

Nəticələrə görə, hər gün və ya həftənin əksər günlərində gündüz yatanlarda demans göstəricisi 48 faiz, qeyri-iradi yuxuya gedənlərdə 39 faiz, 30 dəqiqə və ya daha az yatanlarda isə 40 faiz yüksək olub.

Tədqiqatçılar gündüz yuxusunun artmasının beyində demansla əlaqəli dəyişikliklərin göstəricisi ola biləcəyini bildirirlər. Bununla belə, araşdırma gündüz yuxusunun birbaşa demansa səbəb olduğunu sübut etmir. Bu əlaqənin səbəblərini müəyyənləşdirmək üçün əlavə tədqiqatlara ehtiyac var.

Qəmər, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO