Azərbaycan Britaniya ilə ikiqat vergitutmanı aradan qaldıracaq – Foto

Azərbaycan Britaniya ilə ikiqat vergitutmanı aradan qaldıracaq – Foto

Hazırda oxunan: Azərbaycan Britaniya ilə ikiqat vergitutmanı aradan qaldıracaq – Foto
645731
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan və Böyük Britaniya arasında gəlirlərə və əmlakın dəyərinin artımından əldə olunan gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınmasına dair yeni Konvensiya layihəsi üzrə növbəti müzakirələr keçirilib.

Bizim.Media bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyasının səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilmiş görüşdə Konvensiya layihəsinin müxtəlif müddəaları barədə fikir mübadiləsi aparılıb.

Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəisi Orxan Musayev Konvensiyanın ikitərəfli iqtisadi əlaqələrin möhkəmlənməsi və biznes tərəfdaşlığının təşviqi baxımından əhəmiyyətini vurğulayıb.

Tərəflər birgə fəaliyyətin təkmilləşdirilməsinin vergi inzibatçılığının səmərəliliyinin artırılması baxımından vacibliyini qeyd ediblər.

Vergi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və mövcud hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində müzakirələr konstruktiv, qarşılıqlı anlaşma və əməkdaşlıq şəraitində keçib.

Azərbaycan Britaniya ilə ikiqat vergitutmanı aradan qaldıracaq – Foto - foto 1
Azərbaycan Britaniya ilə ikiqat vergitutmanı aradan qaldıracaq – Foto - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO