Naxçıvan Ali Məclisi sədrinin köməkçiləri aeroportlarda VİP-dən istifadə edə bilməyəcək

Naxçıvan Ali Məclisi sədrinin köməkçiləri aeroportlarda VİP-dən istifadə edə bilməyəcək

Hazırda oxunan: Naxçıvan Ali Məclisi sədrinin köməkçiləri aeroportlarda VİP-dən istifadə edə bilməyəcək
645777
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nazirlər Kabineti “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin köməkçiləri siyahıdan çıxarılıb.

Daxili hava daşımaları üzrə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin rəisi, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin rəisi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Naxçıvan Regional Miqrasiya Baş İdarəsinin rəisi, Naxçıvan hərbi prokuroru, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin rəisi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əlahiddə Ümumqoşun Ordu komandanı, Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin müavini, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri, Naxçıvan Dövlət Universitetinin rektoru siyahıya daxil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO