
- A-
- A
- A+
Melaniya Tramp Ukrayna və Rusiya nümayəndələrini Ağ Evə çağırdı
ABŞ-ın birinci xanımı Melaniya Tramp Ukrayna və Rusiya arasında əlaqələrin qurulmasına şəxsən təşəbbüs göstərib və Xerson vilayətinin Oleşki şəhərində, eləcə də ətraf ərazidə atəşkəsə nail olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ağ Ev yayıb.
Məlumata görə, iki ölkənin nümayəndələrinin görüşü Ağ Evdə keçiriləcək. Melaniya Tramp noyabrın 5-də, cümə axşamı yerli vaxtla saat 11:00-da əldə olunmuş atəşkəs razılaşmaları barədə bəyanatla çıxış edəcək.
Bildirilib ki, bu təşəbbüs Melaniya Trampın şəxsi diplomatik səylərinin nəticəsidir. O, müharibə vəziyyətində olan iki ölkənin nümayəndələri arasında əlaqələrin qurulmasına müstəqil şəkildə nail olub.
Xatırladaq ki, oktyabrın 23-də Ağ Ev Oleşki şəhərində lokal atəşkəs barədə razılıq əldə olunduğunu açıqlamışdı. Müvəqqəti atəşkəs humanitar yardımın çatdırılması və mülki şəxslərin razılaşdırılmış təhlükəsiz dəhliz vasitəsilə təxliyəsinə hazırlıq məqsədi daşıyırdı. Ukrayna ombudsmanı Dmitri Lubinets bildirib ki, Oleşki ərazisində Ukrayna və Rusiya arasında müvəqqəti atəşkəs 5 gün 19 saat 59 dəqiqə davam edib.
Onun sözlərinə görə, hər iki tərəf humanitar missiya çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. İşğal altındakı Oleşkidən insanların, eləcə də heyvanların təxliyəsi həyata keçirilib.
KİV-in məlumatına görə, Ukraynanın nəzarətində olan əraziyə getmək istəyən bəzi sakinlər hələ də Oleşkidə qalır və şəhəri tərk edə bilmirlər. Onların arasında onlarla pişik və itə qulluq edən yerli sakin Alla Lıxman-Malış da var. Jurnalistlərin yazdığına görə, ona heyvanları təxliyə etməyə icazə verilmədiyi üçün şəhərdən çıxa bilməyib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































