Hərbi pilotlarımızın təlim-məşq uçuşları: Qırıcılar havaya qaldırıldı – FOTO/VİDEO

Hərbi pilotlarımızın təlim-məşq uçuşları: Qırıcılar havaya qaldırıldı – FOTO/VİDEO

Hazırda oxunan: Hərbi pilotlarımızın təlim-məşq uçuşları: Qırıcılar havaya qaldırıldı – FOTO/VİDEO
645765
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikası müdafiə nazirinin 2026-cı il təsdiq etdiyi tədbirlər planına əsasən, hərbi pilotlarımızla təlim-məşq uçuşları icra edilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, təlimin planına uyğun olaraq, pilotların uçuşların şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb, şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb.

Uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra hərbi pilotlar Su-25 ML və L-39 hücum təyyarələrinə nəzarət baxışı keçiriblər.

Hərbi pilotlar havaya qalxma və yerə enmə, müxtəlif hündürlüklərdə pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər təlim tapşırıqlarını icra ediblər.

Təlim uçuşlarının keçirilməsində əsas məqsəd şəxsi heyətin praktiki döyüş vərdişlərinin və ölkənin hava məkanında yaranmış yeni təhdidlərə qarşı uçuş bacarıqlarının yüksəldilməsindən ibarətdir.



Hərbi pilotlarımızın təlim-məşq uçuşları: Qırıcılar havaya qaldırıldı – FOTO/VİDEO - foto 1
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO