Azərbaycanla Özbəkistan arasında mühüm sazişlər təsdiqləndi

Azərbaycanla Özbəkistan arasında mühüm sazişlər təsdiqləndi

Hazırda oxunan: Azərbaycanla Özbəkistan arasında mühüm sazişlər təsdiqləndi
645722
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Milli Məclis Azərbaycan və Özbəkistan arasında əməkdaşlığa dair iki sənədi təsdiqləyib.

Bizim.Media xəbər verir ki, parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsi və “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra hər iki qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, 2026-cı il avqustun 23-də Daşkənddə imzalanmış Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə 11 maddədən ibarətdir.

Müqavilənin əsas məqsədi iki ölkə arasında dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi, müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsidir.

Pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş isə 2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanıb və 26 maddədən ibarətdir. Sənədin əsas məqsədi iki ölkə arasında pensiya təminatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və vətəndaşların pensiya hüquqlarının təmin edilməsidir.

Sazişə əsasən, hər iki ölkənin vətəndaşları pensiya təminatı sahəsində digər tərəfin qanunvericiliyi tətbiq edilərkən həmin ölkənin vətəndaşları ilə bərabər hüquqlara malik olacaq və bərabər öhdəliklər daşıyacaqlar.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO