
- A-
- A
- A+
Polşa prezidentinin mətbuat katibi Tusku diktator adlandırıb
Polşa Prezidenti Karol Navrotskinin mətbuat katibi Rafal Leşkeviç ölkənin Baş naziri Donald Tusku diktator adlandırıb.
Bizim.Media xəbər verir ki, Leşkeviç RMF FM-ə müsahibəsində Konstitusiya Tribunalı ətrafında yaranmış münaqişənin kəskinləşməsi fonunda hökumətin hərəkətlərini tənqid edib.
“Cümə günü Donald Tusk diktator olduğunu göstərdi. O, polis dəyənəklərinin köməyi ilə Konstitusiya Məhkəməsinə daxil oldu”, – deyə Leşkeviç oktyabrın 30-da baş verən hadisələri şərh edərkən bildirib.
Navrotskinin nümayəndəsi tribunalın rəhbərliyini qəbul etdiyini elan edən Anna Korvin-Petrovskayanın səlahiyyətlərini də tanımaqdan imtina edib. O, Korvin-Petrovskayanı “Tuskın təyin etdiyi qəsbkar” adlandırıb və qanuni sədrin Boqdan Sventşkovski olduğunu bildirib.
Leşkeviçin iddiasına görə, Korvin-Petrovskayanın binaya daxil olmasını polis və xüsusi xidmət orqanları təmin edib.
Tusk isə bundan əvvəl hökumətin addımlarını məhkəmə sisteminin müstəqilliyini bərpa etmək zərurəti ilə izah edib. O, müraciətində siyasi rəqiblərini, o cümlədən Navrotskini konstitusiya böhranını uzatmaqda ittiham edib.
Daha əvvəl Korvin-Petrovskayanın Sventşkovskiyə və onun müavininə Konstitusiya Tribunalının binasına daxil olmağı qadağan etdiyi bildirilmişdi.
O, digər hakimlərə müvəqqəti olaraq distant iş rejiminə keçməyi, binaya şəxsən gəlməyi isə əvvəlcədən razılaşdırmağı tövsiyə edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































