İspaniya Kubokunun oyunları futbolçunun ölümünə görə təxirə salındı

İspaniya Kubokunun oyunları futbolçunun ölümünə görə təxirə salındı

Hazırda oxunan: İspaniya Kubokunun oyunları futbolçunun ölümünə görə təxirə salındı
645772
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İspaniya Kral Futbol Federasiyası (RFEF) “Tenerife” klubunun hücumçusu Xesus de Miquelin vəfatı ilə əlaqədar noyabrın 3-nə planlaşdırılan kişi və qadınlar arasında İspaniya Kubokunun oyunlarını təxirə salıb.

Bizim.Media xəbər verir ki, 30 yaşlı futbolçu noyabrın 2-də “Andorra” ilə qarşılaşma zamanı rəqib komandanın qapıçısı Xesus Ovono ilə toqquşduqdan sonra huşunu itirib. Həkimlər ona ürək və tənəffüs dayanması diaqnozunu qoyublar. Futbolçu xəstəxanaya çatdırılsa da, noyabrın 3-də səhər saatlarında dünyasını dəyişib.

Həmin gün keçirilməli olan “Anaitasuna” – “Alaves” və “Pamplona” – “Eibar” görüşlərinin yeni tarixləri açıqlanacaq. Federasiya həmçinin İspaniyanın gənclər millisinin təqdimatını təxirə salıb.

“Real Madrid”, “Barselona” və “Atletiko Madrid” klubları “Tenerife”nin hücumçusu Xesus de Miquelin vəfatı ilə bağlı başsağlığı veriblər.

Bu arada, “Andorra”nın qapıçısı Xesus Ovono futbolçunun ölümü ilə əlaqədar dörd ilədək həbs cəzası ilə üzləşə bilər. “Diario SPORT” nəşrinin məlumatına görə, onun hərəkətləri ehtiyatsızlıqdan ölümə səbəb olma kimi qiymətləndirilə bilər. İspaniya qanunvericiliyində bu əmələ görə bir ildən dörd ilədək həbs cəzası nəzərdə tutulur.

Bununla belə, futbolçunun ölümü qapıçının avtomatik olaraq cinayət məsuliyyətinə cəlb edilməsi demək deyil. İttiham üçün onun hərəkətlərinin futbol oyunu çərçivəsində yol verilən risk həddini aşdığını sübut etmək lazımdır.

Hadisə “Tenerife” – “Andorra” matçının əlavə olunmuş dəqiqələrində baş verib. Cərimə meydançasından kənara çıxan Ovono rəqib hücumçunu dayandırmaq istəyərkən diz zərbəsi ilə onun sinəsinə vurub. De Miquel yerə yıxılıb və huşunu itirib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO