Uşaqların hüquq və azadlıqları barədə VİDEOÇARX

Uşaqların hüquq və azadlıqları barədə VİDEOÇARX

Hazırda oxunan: Uşaqların hüquq və azadlıqları barədə VİDEOÇARX
252431
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman Səbinə Əliyevanın təşəbbüsü ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar uşaqların hüquq və azadlıqları barədə ictimai məlumatlılığın artırılması, onların cəmiyyətdə layiqli və fəal iştirakına töhfə verilməsi məqsədilə sosial maarifləndirici videoçarx hazırlanıb.

Bizim.Media xəbər verir ki, videoçarxda uşaqlara qarşı ayrı-seçkiliyin yolverilməzliyi, azyaşlıların mənafelərinin üstünlüyü, onların sağlam, təhlükəsiz, qayğı ilə əhatə olunan mühitdə yaşamaq və inkişaf etmək hüququnun təmini, həmçinin uşaqların fikirlərinə hörmətlə yanaşılması kimi mühüm prinsiplərin və bu istiqamətdə birgə fəaliyyətin vacibliyi əks olunub.

Bir daha hər kəs uşaqların hüquqlarına hörmətlə yanaşmağa və onların müdafiəsinə yönəlmiş səylərə fəal şəkildə dəstək verməyə çağırılır.

Videoçarxda uşaqların iştirakının təmin edilməsində göstərdikləri dəstəyə görə tərəfdaş qurumlara - Azərbaycan Gimnastika Federasiyasına, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına, “Neftçi” Peşəkar Futbol Klubuna, Avropa Azərbaycan Məktəbinə, “Birgə və Sağlam” İctimai Birliyinə təşəkkür edilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO