Prezidentə Qazaxın kəndləri barədə məruzə edən general Sultanov kimdir? – VİDEO  

Prezidentə Qazaxın kəndləri barədə məruzə edən general Sultanov kimdir? – VİDEO  

Hazırda oxunan: Prezidentə Qazaxın kəndləri barədə məruzə edən general Sultanov kimdir? – VİDEO  
193852
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət Sərhəd Xidməti (DSX) Qazaxın nəzarətə götürülən kəndləri ilə bağlı Ali Baş Komandan İlham Əliyevə məruzə edib. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərində Azərbaycan bayrağının ucaldılması barədə məruzəni Prezidentə DSX-nin Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi general-mayor Vüsal Sultanov edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Qazaxın dörd kəndinin azad edilməsi xəbəri Prezidentə məruzə edildi – VİDEO


Vətən müharibəsi iştirakçısı olan V.Sultanov, həm də Vətən Müharibəsi Qəhrəmanıdır. 

Bildirilir ki, Vüsal Sultanov Vətən müharibəsindəki ən çətin döyüşlərdən biri olan Əmirvarlı döyüşlərinə rəhbərlik edib.

Həmin vaxt polkovnik rütbəsində olan V.Sultanov oktyabr ayının 8-dən başlayaraq Əmirvarlı səddinin yarılması üçün gedən əməliyyatlarda iştirak edib. Belə ki, Ermənistan ordusunun müdafiə xəttinin birinci və ikinci eşalonundan geri çəkilmiş qüvvələri son ümid kimi bu səddə cəmləşdiyindən səddi yarmaq çətin olub. DSX-nin Çevik Hərəkat Bölmələri Əmirvarlıda 8 gün fasiləsiz döyüşlər aparıb.

Son döyüşündə ağır yaralanan Vüsal Sultanov daha sonra DSX -nin Çevik Hərəkat Dəstəsinin komandanının müavini vəzifəsinə irəli çəkilib.

Bir müddət əvvəl isə o, DSX-nin Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO