SON DƏQİQƏ: Priqojinin təyyarəsi qəzaya uğradı, özü də sərnişinlər arasındadır - VİDEO

SON DƏQİQƏ: Priqojinin təyyarəsi qəzaya uğradı, özü də sərnişinlər arasındadır - VİDEO

Hazırda oxunan: SON DƏQİQƏ: Priqojinin təyyarəsi qəzaya uğradı, özü də sərnişinlər arasındadır - VİDEO

152088

Rusiyanın Tver vilayətində RA-02795 nömrəli təyyarə qəzaya uğrayıb. 

Bizim.Media “Baza”ya istinadən xəbər verir ki, təyyarə “Vaqner” hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojinə məxsusdur. 

Rusiya Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarə qəzası zamanı 10 nəfər həlak olub. 
Ehtimallara görə, Priqojin də qəzaya uğrayan təyyarənin sərnişinləri arasında olub. 

Bəzi telegram kanallarında yayılan məlumatlara görə, təyyarənin qəzaya uğramasına səbəb göyərtəsində terror aktı olub. “Vaqner” şirkətinə yaxın olan “Gray Zone” teleqram kanalında isə təyyarənin hava hücumundan müdafiə sistemi vasitəsi ilə açılan atəşlə vurulduğu qeyd edilib.

Priqojinin ikinci təyyarəsi artıq hava limanına doğru yol alıb.

 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO