"Avroviziya 2026" yarımfinal və final mərhələlərinin Azərbaycandan olan şərhçiləri bəlli olub.
Bizim.Media xəbər verir ki, bu haqda İctimai TV məlumat yayıb.
Bildirilib ki, kanalın aparıcıları Aysel Zahidqızı və Azər Süleymanlı 70-ci "Avroviziya" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinallarını, həmçinin, böyük finalını ana dilimizdə şərh edəcəklər.
Qeyd edək ki, şou 12, 14 və 16 may tarixlərində yayımlanacaq. Azərbaycan isə 14 may tarixində baş tutacaq 2-ci yarımfinalda 2-ci nömrə altında çıxış edəcək. Ölkəmizi Jiva "Just go" mahnısı ilə təmsil edəcək.
Bizim.Media







































































































