Azərbaycanda tanınmış rəssam vəfat edib — FOTO

Azərbaycanda tanınmış rəssam vəfat edib — FOTO

Hazırda oxunan: Azərbaycanda tanınmış rəssam vəfat edib — FOTO
581801
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Bədii keramika, şüşə və metal" kafedrasının müəllimi olmuş tanınmış rəssam Ədalət Məmmədov vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası məlumat yayıb.

Qeyd edək ki, Ədalət Məmmədov Bakı İncəsənət kollecində, daha sonra Kiyev və Lvov Akademiyalarında təhsil alıb, yağlı boya, keramika və heykəltəraşlıq sahələrində fəaliyyəti ilə seçilib.

O, Pikasso və Matissin studiyalarında çalışma imkanı qazanıb, İ.F. Monastırskidən dərs alıb.
 

1988-ci ildən başlayaraq müxtəlif ölkələrdə fərdi və kollektiv sərgilərdə iştirak edib, əsərləri 1995-ci ildə Stokholmda keçirilən "Dünyanın ən görkəmli 200 rəssamının sərgisi"ndə yer alıb.


UNESCO Beynəlxalq Rəssamlar İttifaqının üzvü olan sənətkarın əsərləri dünyanın bir çox ölkəsinin muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.

Azərbaycanda tanınmış rəssam vəfat edib — FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO