Akif Əli: “Azərbaycan mədəniyyəti dəyərli səsini itirdi”

Akif Əli: “Azərbaycan mədəniyyəti dəyərli səsini itirdi”

Hazırda oxunan: Akif Əli: “Azərbaycan mədəniyyəti dəyərli səsini itirdi”
574590
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Gözəl İnsan, gözəl aktrisa, istedadlı sənətçi Əminə xanım Yusifqızı dünyasını dəyişib.  Bu təkcə onun doğmaları üçün deyil, ümumən Azərbaycan mədəniyyəti üçün böyük itkidir. Çünki Azərbaycan mədəniyyətində Əminə Yusifqızının öz yeri, öz səsi, nəfəsi, öz izi olub və qalacaq”.

Bizim.Media xəbər verir ki, bu sözləri filologiya üzrə fəlsəfə doktoru, yazıçı-jurnalist Akif Əli öz səhifəsində bildirib.  

O, qeyd edib ki, Əminə Yusifqızı ilə 1980-ci illərdən kino, radio, televiziya sahələrində yaxından əməkdaşlıq etmişik.
 

O, Azərbaycan Radiosunda gözəl jurnalist Mailə Muradxanlının ssenari müəllifi, çox populyar “Sabahınız xeyir” əyləncəli proqramının əvəzolunmaz aparıcısı idi. İllər uzunu hər şənbə səhər saat 10-da radio dinləyiciləri günə xoş əhval gətirən Əminə xanımın əsrarəngiz səsi ilə və virtuoz aparıcılığı ilə maraqlı verilişlərə qulaq asırdılar.  


“Mən AzTV-də Baş redaktor olanda da gözəl qiraət ustası kimi Əminə Yusifqızını daim verilişlərimizə dəvət edirdim. Onun ifası bənzərsiz idi, onun səsi, nəfəsi ovsunlayıcı təsirə malik idi. O çox istedadlı xanım idi! Çox ağıllı, idraklı, mehriban insan idi və çox da sədaqətli dost idi...” 

Akif Əli: “Azərbaycan mədəniyyəti dəyərli səsini itirdi” - foto 1

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO