Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti keçiriləcək

Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti keçiriləcək

Hazırda oxunan: Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti keçiriləcək
43287
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sabahdan başlayaraq oktyabrın 29-na qədər Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti keçiriləcək.

Bizim.Media xəbər verir ki, tədbir İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə baş tutacaq.

Sammitdə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən dövlət rəsmiləri, iş adamları, investorlar, startaplar, gənclər təşkilatları, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak edəcək.

Sammit çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, startaplar üçün xüsusi proqram, mədəni və digər tədbirlər nəzərdə tutulur.

Tədbir çərçivəsində müxtəlif mövzularda (yaşıl sənaye, qida və kənd təsərrüfatı texnologiyası, maliyyə texnologiyaları, bərpa olunan enerji, aviasiya, logistika və s.) panel iclaslar, sərgi və digər tədbirlər təşkil olunacaq.

Bizim.Media

Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti keçiriləcək - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO