Allahverdi Yolçuyev: “Qolumun əsməyi mənə narahatlıq verir”

Hazırda oxunan: Allahverdi Yolçuyev: “Qolumun əsməyi mənə narahatlıq verir”

33998

"Bir-iki dəfə dublayaja getmişəm, bir də verilişdə olmuşam. Film çəkilişlərim olmur. Nicat Kazımovun bir tamaşası var idi, məni çağırdı. Onun məşqini etdik, teatrların fəaliyyəti bərpa olunsa, səhnəyə çıxacam".

Bizim.Media xəbər verir ki, bu sözləri aktyor Allahverdi Yolçuyev axşam.az-a açıqlamasında deyib.

Səhhətində uzun müddətdir problem olan sənətçi müalicəyə maddi imkanının çatmadığını söyləyib:

"Qolumun əsməyi mənə narahatlıq verir. Müalicəsi Azərbaycanda yoxdur. Türkiyə, Moskva, Almaniyada müalicəsi var. Beyinlə bağlı bir problemdir. Külli miqdarda pul lazımdır. Maddi gücüm çatmır. Lazımi qurumlar isə maraqlanmırlar. Ruhdan düşmürəm. Sənət dostlarım zəng edir, maraqlanırlar. Naibə Allahverdiyeva, Nahidə Orucova, Qorxmaz Əlili, Teymur Əmrah, Nicat Kazımov hər dəfə halımla maraqlanırlar. Səhhətimə görə teatrdan uzaqlaşdım. İşləmirəm, bütün günü evdə oluram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO