Sabir Rüstəmxanlıya İstanbulda mükafat veriləcək

Hazırda oxunan: Sabir Rüstəmxanlıya İstanbulda mükafat veriləcək

26112

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Türkiyənin Xalq Diplomatiyası və İqtisadi Əməkdaşlıq Təşkilatının təşkil etdiyi “Qarabağ həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etmək üçün iyunun 25-də İstanbula səfər edəcək. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, millət vəkili Türkiyədə Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsinə həsr olunan tədbirlərdə iştirak edəcək. 

Səfər çərçivəsində deputat Sabir Rüstəmxanlıya türk dünyası qarşısındakı xidmətlərinə görə mükafatın təqdim olunması nəzərdə tutulub. 

Səfər iyulun 5-də başa çatacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO