Mədəniyyət komitəsinin sədri vəzifəsi kimə həvalə edilib?

Hazırda oxunan: Mədəniyyət komitəsinin sədri vəzifəsi kimə həvalə edilib?

162020

Milli Məclisin deputatı Fazil Mustafa Mədəniyyət komitəsinin sədri vəzifəsini icra edir. 

Bizim.Media xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa jurnalistlərə açıqlamasında bildirib.

“Mədəniyyət komitəsi bizim əsas nizamnamədə nəzərdə tutulub. Komitənin sədri olmayanda onu müavin əvəz edir. Artıq bu funksiya müavin kimi mənə həvalə olunub”, - Fazil Mustafa qeyd edib.

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bu ilin sentyabrın 28-də vəfat edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO