Anar Kərimov yeni vəzifəyə TƏYİN EDİLDİ 

Anar Kərimov yeni vəzifəyə TƏYİN EDİLDİ 

Hazırda oxunan: Anar Kərimov yeni vəzifəyə TƏYİN EDİLDİ 

136481

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) Azərbaycan Respublikasının keçmiş mədəniyyət naziri Anar Kərimovun Təşkilatın Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq Sektorunun rəhbəri təyin edildiyini elan edib. 

Bizim.Media xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat verilib. 

Bildirilib ki, A.Kərimov bu vəzifəyə uğurlu təcrübəsi və karyerasına görə seçilib. Qeyd olunub ki, o, Fövqəladə və Səlahiyyətli Səfir ali diplomatik rütbəsinə malikdir.  

A.Kərimov İSESKO-nun Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq Sektoruna rəhbərlik edəcək, Təşkilatın Üzv Dövlətlərindəki müxtəlif qurumlarla, eləcə də beynəlxalq təşkilatlar və orqanlarla tərəfdaşlıq əlaqələrini genişləndirmək, onun bütün dünyada əhatə dairəsinin artırılmasına töhfə vermək və proqramlarını dəstəkləmək üçün lazımi maliyyə resurslarını səfərbər etmək üçün işlər görəcək. 
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO