Madonna konsertində həmcinsi ilə öpüşdü - FOTO  

Madonna konsertində həmcinsi ilə öpüşdü - FOTO  

Hazırda oxunan: Madonna konsertində həmcinsi ilə öpüşdü - FOTO  
81125
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir neçə gün əvvəl dünya pop səhnəsinin əfsanəsi Madonna Nyu Yorkda "Qürur Ayı"nın qeyd olunması ilə əlaqədar konsert verib. İyun ayında dünyanın bir çox ölkələrində LGBT icmasının problemlərinə diqqəti cəlb etmək üçün tədbirlər keçirilib.

Azlıqların hüquqlarının tanınmış müdafiəçisi olan Madonna kənarda qalmayıb. Belə ki, pop kraliça bu münasibətlə canlı konsert proqramı ilə çıxış edib.

Bizim.Media xəbər verir ki, Madonnanın çılğın davranışları ilə internetdə məşhurlaşan dominikanlı repçi "Tokischa" ilə çıxışı ictimaiyyətin diqqətini çəkib.  

Sənətçilər “Hang Up” mahnısını duet şəklində ifa edərək, çıxışlarını öpüşlə bitiriblər. Pop-divanın pərəstişkarları dərhal onu 2003-cü ildə "MTV VMA"da Madonna və Britni Spirsin əfsanəvi öpüşü ilə müqayisə etməyə başlayıblar.  
Yeri gəlmişkən, iki pop ulduz bunu bir neçə həftə əvvəl Britni Spirs və onun sevgilisi Sem Askerinin toyunda təkrarlayıblar.  

Rəşad Əliyev, Bizim.Media

Madonna konsertində həmcinsi ilə öpüşdü - FOTO   - foto 1
Madonna konsertində həmcinsi ilə öpüşdü - FOTO   - foto 2
Madonna konsertində həmcinsi ilə öpüşdü - FOTO   - foto 3

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO