"Kim belə fikir çatdırırsa, yalandır"

"Kim belə fikir çatdırırsa, yalandır"

Hazırda oxunan: "Kim belə fikir çatdırırsa, yalandır"

641374

Müğənni Aysel Əlizadə bir müddət yaşadığı İstanbuldan Azərbaycana qayıtmasının səbəbini açıqlayıb.

Bizim.Media xəbər verir ki, sənətçi bu barədə “Xəzər axşamı” proqramında danışıb:

“Əvvəl İstanbulda konsertlər çox olurdu, yarı burada, yarı orada qalırdım. Amma hazırda Azərbaycanda qalmağa daha çox köklənmişəm. Çünki burada rahat və daha xoşbəxtəm. Ailəm və sevdiyim insanlar da buradadır. Orada nə qədər qalsan da, hər bir halda yenə də öz evin, öz yurdun üçün darıxırsan.

Həm də burada çalışmaq lazımdır. Hətta hansısa tədbirlərlə bağlı mən Bakıda olduğum halda deyilirdi ki, “Aysel İstanbuldadır”. Buna görə də birmənalı şəkildə vətəndəyəm. Kim belə bir fikir çatdırırsa, yalandır”. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO